İgid şəhidlərimizin izi ilə: Şəhid qəhrəmanlarımızı ingilislər yada saldırlar - VİDEO/TƏFƏRRÜAT

30-09-2023, 07:56           
İgid şəhidlərimizin izi ilə: Şəhid qəhrəmanlarımızı ingilislər yada saldırlar - VİDEO/TƏFƏRRÜAT
I Qarabağ müharibəsində itkin düşən Natiq Qasımovun hekayəsini məncə hamı bilir.
Onun əlində Azərbaycan bayrağı ilə erməni əsgərlərinin əhatəsində olan məşhur şəklini italiyalı hərbi fotoqraf Enriko Sarsini çəkib.Fotoqraf Natiqin dindirilməsi zamanı da yanında olub və həmin prosesi çəkib.
İndi bu məsələnin məlum olmayan bəzi detalları ilə tanış olun. Sosial şəbəkə istifadəçisi Anar Soltanoğlu yazır:
"İtaliyalı hərbi fotoqrafın 1992-ci ildə Natiq Qasımovun dindirilməsi zamanı çəkdiyi fotoları təqdim edirik.
Natiq bir neçə gün düşmənə təkbaşına müqavimət göstərmiş,yalnız ermənilər əllərində Azərbaycan bayrağını tutaraq əsir götürülmüş Xocalı sakinlərini öldürməklə hədələdikdən sonra təslim olmuşdu.
Əlində bayrağımız...
Dindirməni Vitali Balasanyan aparır.
Natiqə və ətrafına səpələnmiş kaftarlara baxın.
Bu fotoşəkillər qəhrəmanımız kimi döyüşdə uduzduğumuz, lakin qəhrəmanlıq və qorxmazlıq nümayiş etdirdiyimiz Birinci Qarabağ müharibəsini mükəmməl şəkildə simvollaşdırır.
Sanki Balasanyan bir anlıq onun baxışlarında üç onillikdən sonra nə olacağını gördü.
Bu baxışları unutmayın..."
P.S Teref.az olaraq keçən il xəbər vermişdik ki, İngiltərəli rejissor Karan Sinq hadisəni oxuyandan sonra bundan təsirlənərək həmin şəkillərin izi ilə Natiq Qasımov haqda «Oğul» filmini lentə alıb. Filmdə Natiqin taleyi,şəkillərdəki ermənilərin kimliyi ilə bağlı maraqlı detallar var.
Teref.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.