Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq - FOTO

30-09-2023, 11:36           
Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq - FOTO
Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumlarının tətbiqinə başlanılacaq.

Oxu.Az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Sabahdan qüvvəyə minəcək qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.

Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat

- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi - 3000 manat.

İndiyə qədər qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi olub:

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru