İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə işçilərin mənafeyinə xidmət edir.

3-10-2023, 00:07           
İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə işçilərin mənafeyinə xidmət edir.
İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə - işçilərin mənafeyinə xidmət edir. Attestasiyanın keçirilməsinin əsas məqsədi:
1.Qanunvericilikdə nəzərdə tutulan qaydada əmək şəraiti təhlükəli, zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə - güzəşt və kompensasiya verilməsinin əsaslandırılması:
Əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,04, orta səviyyəsində - 1,08
yuxarı səviyyəsində - 1,12 faiz,
Əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,16. orta səviyyəsində - 1,20. yuxarı səviyyəsində - 1,24 məbləğində tarif (vəzifə) maaşına artım əmsalı təyin olunur.
2. Qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
3. Peşə xəstəliyi şübhəsinin təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli.
4. İşçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sahənin və istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması.
5. İşçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə daxil edilməsi.
6. İş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi.
7. Əməyin mühafizəsi üzrə qanunvericiliyin pozulması ilə əlaqədar təqsirkar vəzifəli şəxslərə inzibati sanksiyaların tətbiqi.
8. Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amilləri olan iş yerlərinin müəyyən edilərək, onların həmin iş yerlərinə buraxılmaması və digər yüngül işlərdə çalışmasının təmin edilməsi.
9. İşəgötürən - attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
10. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin - kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
11. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tər-dən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
12. İş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız,qərəzli və qeyri -obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
Azər Quliyev.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.