Qarabağda istənilər partizan- teror hərəkatı iflasa uğrayacaq....

3-10-2023, 00:14           
Qarabağda istənilər partizan- teror hərəkatı iflasa uğrayacaq....
“Müasir dünyada hərb sənəti xeyli təkmilləşdiyi kimi, silah istehsalı üzrə texnologilar da son dərəcə inkişaf edib. Yəni hərbi əməliyyatların aparılmasında texnoloji faktor çox mühüm amilə çevrilib. Bu baxımdan, indi ötən əsrin 40-50-ci illəri deyil ki, partizan müharibəsi apararaq nəyəsə nail olasan.
Ona görə də, qanunsuz erməni hərbi birləşmələrinin Qarabağda qalan tör-töküntüləri terror aktları törətməyə cəhd göstərə bilərlər, ancaq bu fəaliyyətə təşəbbüs göstərənlər qsa müddətdən sonra aşkarlanaraq ələ keçiriləcəklər.
Digər tərəfdən, terror təşkilatları 3-5 nəfərdən ibarət formalaşdırılmır. Onların konkret yeri, hansısa bazası olmalıdır. Əgər onların belə bir bazası varsa, indiki zamanda oranı müəyyənləşdirərək məhv etmək qətiyyən çətin deyil.
Ancaq nəzərə alınmalıdır ki, Azərbaycanın ərazisi heç də böyük deyil. Nə Qarabağda, nə Zaqatalada, nə də başqa bölgələrimizdə terror bazasının yaradılması mümkünsüzdür. Yenə deyirəm, düzdür, onlar bəlkə də riskə gedə bilərlər, ancaq tezliklə aşkarlanaraq məhv ediləcəklər.
PUA-lar istənilən ərazidə davamlı müşahidə apararaq riskli görünən halları müəyyən etmək imkanındadır. Zamanında terrorçular Zaqatala meşələrində Daxili Qoşunların əsgərlərinə hücum edərək silah ələ keçirmişdilər. Hətta o vaxtkı imkanlarımızla həmin terrorçular cəmi iki sutkaya zərərsizləşdirilmişdi. İndi ermənilərin “partizan müharibəsi” aparacaqlarını bəyan etmələri boş cəfəngiyyatdır”.
Rovsen Əziz Türkoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.