Bu satqınlıq deyil, reallıqla hesablaşmaqdır...

5-10-2023, 08:44           
Bu satqınlıq deyil, reallıqla hesablaşmaqdır...
ABŞ və Avropa İttifaqının Rusiya ilə birgə sentyabrın 17-də İstanbulda Qarabağ məsələsini müzakirə etmələri Vaşinqton və Brüsselin Azərbaycana təsir imkanlarının olmadığının göstəricisidir. Azərbaycana təsir edə bilsəydilər Rusiya ilə dialoqa ehtiyacları olmazdı. Görüşün anti-terror əməliyyatından iki gün əvvəl keçirilməsi isə ondan xəbər verir ki, Vaşinqton və Brüssel Azərbaycanın qəti addımlar atacağı barədə məlumatlı idi. Əslində bu heç kimə sirr deyildi, Azərbaycan cəmiyyəti sentyabr ayı ərzində Qarabağda anti-terror əməliyyatını gözləyirdi. Vaşinqton və Brüssel Azərbaycanı ancaq Rusiyanın durdura biləcəyini düşündüklərindən Kremlə İstanbulda görüşlə bağlı müraciət ediblər. ABŞ və Avropa İttifaqı başqa heç bir məsələ ilə bağlı Kremllə dialoq aparmırlar, erməni separatizmini xilas etmək məsələsində isə Moskva ilə dialoqda qəbahət görməyiblər. Bunlar düşünüblər ki, Rusiya erməni separatizmini xilas etmək naminə Azərbaycanı durduracaq. Kremlin belə bir niyyəti olmayıb. Buna görə də Azərbaycanın uğurlu anti-terror əməliyyatından sonra Avropa İttifaqının rəhbəri Şarl Mişel “Rusiya erməniləri satıb” ifadəsini işlədib. Rusiya yüzilliklər boyu erməni separatizmini bəsləyib. Rusiyanın bu siyasəti olmasaydı nə Ermənistan, nə də Qarabağda erməni separatizmi olardı, biz məsələni çoxdan bitirərdik. Rusiya sadəcə özü üçün indiki ağır geosiyasi vəziyyətdə və Ermənistanın ona arxa çevrdiyi dövrdə Azərbaycana ərazi bütövlüyünü təmin etməyə mane olmayıb. Bu satqınlıq deyil, reallıqla hesablaşmaqdır.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.