AB Parlamenti Azərbaycan əlehinə məntiqsiz, məzmunsuz, saxta ittihamlarla, absurd iddialarla dolu hüquqi əsası olmayan və tövsiyyə xarakterli sənəd qəbul edib.

6-10-2023, 10:24           
AB Parlamenti Azərbaycan əlehinə məntiqsiz, məzmunsuz, saxta ittihamlarla, absurd iddialarla dolu hüquqi əsası olmayan və tövsiyyə xarakterli sənəd qəbul edib.
Avropa Birliyinin Parlamenti Azərbaycan əlehinə məntiqsiz, məzmunsuz, saxta ittihamlarla, absurd iddialarla dolu hüquqi əsası olmayan və tövsiyyə xarakterli sənəd qəbul edib. AB Parlamentinin 705 üzvü var, bu sənədə səsvermədə 537 deputat işrirak edib, bunlardan 9 nəfər qətmanənin əlehinə səs verib, 37 nəfər bitərəf qalıb, 491 nəfər isi bu kağızın lehinə səs verib. Yəni, iştirak etməyənləri də nəzərə alsaq AB parlamentində 214 nəfər ağlı başında, məntiqi olan insan var.
Hə, onu da deyim ki, gələn il AB Parlamentinə seçkilər olacaq, deputat sayı 720 nəfərə çatdırılacaq, sağ-mərkəz qüvvələrin bütün Avropa boyu daha çox səs toplayacağı, “sol”, “liboş” qüvvələrin sayının azalacağı gözlənilir, və ən, əsası, bu günkü avroməmurların heç biri sabah olmayacaq.
Sənədin ilk cümləsidən başlayaraq məntiqlizlik yağır, deyirlər ki, Azərbaycan “Dağlıq Qarabağa” hücum edib – Ermənistan belə bu torpaqların Azərbaycanın suveren ərazisi olduğunu qəbul edir, sizin şikəst məntiqinizlə Azərbaycan özü-özünə hücum edib?! Moldovada, Gürcüstanda separatizmi lənətləyən siz deyilsiz?! Qarabağ separatizmi ilə onların nə fərqi var ki?! Xub, hamımız, elə sizlər də Ukraynaın ərazi bötövlüyünü dəstəkləyərək Rusiyanın Ukrayna ərazisində yaratdığı və dəstəklədiyi, sonradan qondarma referendumla ərzisinə qatdığı separatçı bölgələrdə etdiyi qanunsuz, hüquqsuz saymırsız?! Yaxşı, Qarabağdakı separatçılıqla Donbas, Xerson, Zaporojyedəki separatçılığın nə fərqi var?! Sonra yazırsız ki, köçə məcburiyyət yaratmışıq – siz özünüz böyük tribunalardan Zelenskinin haqlı və hüquqa uyğun olaraq Krım və Donbasda, Xerson və Zaparojyedə Rusiya vətəndaşlığı, pasportu alanları qovacaqlarını söyləyəndə əl çalırdız, elə deyil?! Axı Azərbaycan heç bunu da etmir, əksinə, Ermənistan pasportu alan, amma Qarabağlı olanları qəbul edəcəyini, reinteqrasiya prosesinə gedəcəyini söyləyir, nədir qarnınızın dərdi o zaman?! Bundan başqa, sizin dərdiniz Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq deyilmi – elədirsə, Azərbaycanın son həmlələri Rusiyanı bölgədən qovmaq, zəiflətmək üçün ən mühim addımlardır, bunu da görmürsüz?! Axı bu addımlarla Ermənistanda ictimai rəy tam anti-Rusiya oldu, bu addımlarla Rusiya İmperiyası, SSRİ və indiki Rusiyanın müxtəlif bölgələrdə yaratdığı və moderatoru olduğu etnik komfliktlərdən, separatizmdən ilk dəfə can qurtaran, bunu bacaran ölkə Azərbaycan oldu – görmürsüz bunu?! İzləmirsiniz ki, Azərbaycanın bu addımı Rusiyanın nüfuzunu yerlə-bir etdi?!
Soruşsanız ki, bəs niyə belə əsəbləşmisən – onu da deyim: Biz, REAL Partiyası, siyasi təşkilat olaraq Avropa ilə yaxşı münasibətlərin, iqtisadi, siyasi inteqrasiyanın tərəfdarıyıq, bunu aydın və tezislərlə söyləmişik, sabah seçkilər olanda Qərbin bəzi dairələrinin belə məntiqsiz yanaşmaları olduğu halda seçici bizə bunu irad bildirməyəcəkmi?! Bildirə bilər, yaxşı, niyə bu absurd davranışlarınızla ümumiyyətlə Avropa, ümumbəşər dəyərlərini (seçki, hüquq, rəqabət, ədalətli məhkəmə, söz-ifadə azadlığı – bunlardır dəyər olan, LGBT yox – bilirəm, indi bəzilərı çıxıb solovyovvari pozada, “əə bunları dəyərləri LGBT-dir”, deyəcəklər, LGBT dəyər deyil, insanların özlərinin seçdiyi və buna haqqları olan yaşam tərzidir) məmləkətdə nədən gözdən, nüfuzdan salırsız?!
Məni qəzəbləndirən ölkəmə, dövlətimə qarşı olan hüquqsuz, məntiqsiz, qərəzli, absurd mövqe ilə yanaşı, həm də siyasi gələcəklə bağlı məsələlərdir...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.