Dünyada maraqlı proseslər gedir - Səxavət Məmməd yaz;r...

8-10-2023, 00:03           
Dünyada maraqlı proseslər gedir -
Cənubi Qafqazdan uzaqda hadisələr cəryan etsə də, mütləq şəkildə o hadisələr bizim regiona da təsirsiz ötüşməyəcək.
Rusiya ilə Ermənistan arasında münasibətlər pik həddi hələ görməyib, ancaq gərginləşmə yönündə sürətlə inkişaf edir. Buna qədər Gürcüstan hər şeydən uzaq kimi görünürdü, artıq Gürcüstanın həm daxilində baş verənlər, həm də Rusiyanın Abxaziyada hərbi dəniz bazası tikəcəyini elan etməsi Tiflisi də proseslərin içərisinə daxil etdi.
Türkiyə Suriyada hərbi əməliyyatlar keçirir. Koalisiya qüvvələri onların ətrafına da mərmilər düşdüyünü və özlərini müdafiə etmək üçün hərəkətə keçəcəkləri ilə bağlı bəyanat verdilər. Ancaq bir qədər sonra bəyanatlarını sildilər.
İsraillə Fələstin arasında baş verənlər də göz önündədir. İsrail rəsmi olaraq bəyan etdi ki, İran onlarla açıq savaşa başlayıb və qisaslarını alacaqlar. İranla bağlı planların olması məlum idi. İran prosesləri sərhədindən kənarda tutmaq üçün hələ çox işlər görəcək.
Fikir verirsinizsə Ukrayna Rusiya müharibəsindən danışan yoxdur. Sürünən müharibə heç kimə lazım deyil. Bundan əvvəlki yazılarımda da qeyd etmişdim ki, Ukrayna Rusiya müharibəsi istənilən nəticəni vermədi. Yeni müharibələrə ehtiyac duyulacaq.
Bütün bu qarışıqlıqdan Azərbaycan istifadə etdi və məsələsini arzuladığından da yaxşı öz xeyrinə həll etdi. Kimin nə deməyindən aslı olmayaraq Azərbaycan böyük iş gördü.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.