Hadisələrin sürətli inkişafı rusların Qarabağda planlarını pozdu

8-10-2023, 08:24           
Hadisələrin sürətli inkişafı rusların Qarabağda planlarını pozdu
Rusiya sülhməramlıları Qarabağda ard-arda müşahidə məntəqələrini bağlayırlar. Məntəqələrin mənası qalmayıb. Ermənilərin özü üçün də Rusiya hərbi kontingentinin Qarabağda varlığının mənası qalmayıb. Rusiya hərbi məntəqələrini bağladıqdan sonra bölgəni tərk etməsi xəbərini də yayacaq.
Bu Azərbaycanın Qarabağı tamamını nəzarətə götürməsindən sonra növbəti uğuru olacaq, sadəcə bir sual məni düşündürür: Rusiya hərbi kontingenti Xocalıda qərargah salarkən hansı məntiqlə rus sərkərdələrinin heykəllərini torpağımızda yerləşdirib?
Axı Rusiya hərbi kontingenti Xocalıdan çıxdıqdan sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərin heykəlləri oradan götürüləcək. Yaxşı olardı ki, həmin heykəlləri özləri ilə aparsınlar. Yəqin Moskvanın ilkin planı belə olub ki, rusiyalı hərbçilər daha böyük müddətə Qarabağda qalacaq və Azərbaycan torpaqlarında baza yaradacaqlar.
Hadisələrin sürətli inkişafı onların da planlarını pozdu.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.