Rəsmi Bakının Zəngəzur dəhlizinə marağı azalsa da, ermənilərin canından dəhliz qorxusu çıxmayıb.

4-11-2023, 07:37           
Rəsmi Bakının Zəngəzur dəhlizinə marağı azalsa da, ermənilərin canından dəhliz qorxusu çıxmayıb.
Erməni jurnalistlər öz ölkələrinə səfər edən xarici ölkə rəsmilərinə əsasən iki sual verirlər: “Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırırsınızmı?” və “Qərbi Zəngəzur dəhlizi barədə nə düşünürsünüz?”. Ermənistana səfər edən rəsmilərin demək olar ki, hamısı birinci sualdan yayınaraq Ermənistanla Azərbaycan arasında sülhün vacibliyindən danışırlar. Bu o deməkdir ki, dünyanın heç bir ölkəsinin rəsmisi və diplomatı Azərbaycana qarşı sanksiya barədə düşünmür, əksinə Azərbaycanla əməkdaşlığın inkişafı yollarını arayırlar, sadəcə Ermənistanı narazı salmamaq üçün bu barədə İrəvanda açıqlama vermirlər. Zəngəzur dəhlizi barədə isə İrəvana səfər edən İran rəsmiləri, diplomatları və millət vəkilləri açıqlama verir, bunun İranın maraqlarına zidd olduğunu vurğulayırlar. Bildik də, erməniləri yaxşı aldatdınız, Zəngəzur dəhlizinin əleyhinə ona görə çıxdınız ki, Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçsin. Biz razılaşdıq. Rəsmi Bakının Zəngəzur dəhlizinə marağı azalsa da, ermənilərin canından dəhliz qorxusu çıxmayıb.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru