Samir Şərifov: “Dövlətin parkinqdən pul qazanmaq niyyəti yoxdur”. sözünə inanaq ya tariflərə...

4-11-2023, 10:05           
Samir Şərifov: “Dövlətin parkinqdən pul qazanmaq niyyəti yoxdur”. sözünə inanaq ya tariflərə...
Samir Şərifov: “Dövlətin parkinqdən pul qazanmaq niyyəti yoxdur”.
Əla, xub, çox pakizə, yaxşı, bəs o zaman saatına 1 manat ödənişi nədən qəbul ediblər? Hansı məntiqlə?! Beş günlük iş həftəsində vətəndaş işinin yaxınlığında maşınını 8 saat park edəndə günə 8 manat, həftəyə 40, aya 160 manat edir – belə də tariflər olar?! Əgər belə yüksək taariflərlə ictimai nəqliyyatı təşviq edirsinizsə, bu da mənasızdır, çünki metro, avtobus basa-basdır, zatən insan axınını qarşılaya bilmir, həm də ictimai nəqliyyatında qiymətlərini artırmaq istəyirsiniz.
Parkink məsələsi başqa cür həll edilməlidir, aylıq, 6 aylıq və illik abunə kartları olmalı, vətəndaş ödəniş edib onları əldə etməlidir. Məsələn, aylıq 40 manat, 6 aylıq 120 manat, illik isə 200 manat şəhər ərazisində bütün pullu dayanacaqlarda saxlamaq haqqı ilə abunə kartları satılmalıdır. Bununla da ədalətli ödəniş sistemi qurmaq olar, dövlət sözdə deyil də, əməldə pul qazanmaq niyyətinin olmadığını sübut edərdi – halbuki, bu tariflərlə də dövlət babat pul qazanacaq...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru