Azərbaycan 8 kəndi geri almalıdır.

8-11-2023, 10:04           
Azərbaycan 8 kəndi geri almalıdır.
Azərbaycan XİN Ermənistandan ultimatum şəklində 8 kəndi geri tələb edir. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Erməni tərəfi bildirir ki, Azərbaycanda da erməni anklavları var...
Mən öz fikrimdə qalıram. Azərbaycan 8 kəndi geri almalıdır. Özü də mümkün qədər tez. Xatırladım ki, Ermənistan həmin kəndlərdən keçən Lars yolundan istidadə edərək Gürcüstana daxil olurlar. Bu yolun qapanması Ermənistanın nəfəsini kəsəcək. Onsuz da 4 qonşudan 2-si ilə Ermənistanın sərhədi bağlıdır. Gürcüstanla da Ermənistanın yolu bağlansa, ermənilərin vəziyyəti daha da pisləşəcək. Zəngəzur dəhlizinin açılmasına imkan verməyən Ermənistanı küncə çıxışdırmaqda fayda var...
Azərbaycana qarşı özünü adekvat aparmayan Ermənistan ilə yalnız və yalnız ultimatum dilində danışmaq gərəkir. Başqa cür mümkün deyil...
Əlbəttə, Ermənistanla Türkiyə və Azərbaycanın münasibətləri müsbətə doğru dəyişsə, bu, hamımızın xeyrinə olar. Təəssüf ki, Ermənistan özünü çox pis aparır. Və bu davranış Ermənistana çox baha başa gəlir. Konkret deyəcəm. Yadınızdadırsa, İlham Əliyev açıq mətnlə dedi ki, əgər Ermənistan Laçının dəhliz statusunda qalmasını istəyirsə, Zəngəzura da dəhliz statusu verməlidir. Nikol Paşinyan bu təklifə dodaq büzdü. Nəticə nə oldu? Laçın dəhlizi görbağır oldu. Qarabğda qalan ermənilər də şələ-şüləsini yığışdırıb Ermənistana çıxıb getdi...
Ermənistanda 8 kəndi geri alan kimi, biz bəyan etməliyik ki, əgər rəsmi İrəvan Zəngəzura dəhliz statusu versə, biz də Lars yoluna dəhliz statusu verə bilərik. Verməyəcəksə, Lars yolu da bağlanacaq...
Elbeyi Hesenli
Qeyd: Şərhsiz...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.