Dəmir iradəli xalqımız Zəfər gününü qeyd etdi - VİDEO

9-11-2023, 08:54           
Dəmir iradəli xalqımız Zəfər gününü qeyd etdi - VİDEO
2020-ci ilə qədər bizim üçün 44 sadəcə bir riyazi rəqəm idi. 27 sentyabra qədər...

O gün 30 ildir gözlənən gün yetişdi. Həsrət bitdi. Qələbə sevinci başladı. İllərdir bu günü gözləyən xalq dinindən, dilindən, irqindən, kimliyindən asılı olmayaraq, bir oldu, dəmir yumruq kimi birləşdi və bu birlik bizə 44 günlük Vətən müharibəsində yaşadığımız qələbələri, zəfərləri gətirdi.

Xalq birliyi necə olur bilməyənlərə örnək olduq. Kimi öz pensiyasını cəbhəyə yolladı, kimi döyüşə gedən nəvəsini dəstəklədi. Kimi yığdığı pulu əsgərlərimizə göndərdi, kimi informasiya müharibəsində düşmənlə savaşdı.

Kimi sevincindən ağladı, kimi dua etdi və daha nələr yaşandı bu 44 gündə.
Hamının düşməni, arzusu, amalı bir idi - Qarabağa qovuşmaq, həsrətə son qoymaq.

Bəli, məhz bu birlik, bu doğmalıq və Vətənə olan sonsuz sevgi bizi arzumuza çatdırdı. Ali Baş Komandanın izi ilə çıxdığımız bu yolda qalib olduq.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.