BAKININ ABŞ VƏ RUSİYADAN ÖNCƏ SEÇKİ KEÇİRMƏSİ… – ŞƏRH

8-12-2023, 11:37           
BAKININ ABŞ VƏ RUSİYADAN ÖNCƏ SEÇKİ KEÇİRMƏSİ… – ŞƏRH
12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu mənada rəsmi Bakının da analoji addımı atacağı gözlənilən idi.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi xüsusi məna kəsb edir:

“Belə ki, 2024-cü il martın 17-də Rusiyada, 2024-cü il noyabrın 5-də isə ABŞ-da prezident seçkiləri keçiriləcək. Hər iki seçkilər dünyanın diqqət mərkəzində olacağı üçün regiona diqqət azalacaq. Rəsmi Bakının iki supergücdən əvvəl seçki keçirməsi ölkəmizin yeni qloblal proseslərə hazırlığı baxımdan önəmlidir.

Ermənistanla Azərbaycan arasında Qarabağda münaqişə başa çatıb. Bu isə o deməkdir ki, Azərbaycanın daxili siyasi müstəvisinə təsir etmək istəyən qüvvələr aktivləşəcək. Əslində, bu proses bir müddətdir başlayıb. Prosesin dağıdıcı fəsadlarından sığortalanmaq üçün güclənmək şərtdir. Bu mənada atılan addım yerində və doğrudur”.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min 344 manat ayrılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.