Bir çox insanlarda QHT təşkilatları haqqında, onun fəaliyyəti haqqında yanlış mövqe yaranıb, xüsusən də əmək hüquqlarının müdafiəsi ilə əlaqədar

15-01-2024, 09:44           
Bir çox insanlarda QHT təşkilatları haqqında, onun fəaliyyəti haqqında yanlış mövqe yaranıb, xüsusən də əmək hüquqlarının müdafiəsi ilə əlaqədar
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası kimi fəaliyyət göstərdiyim dövr ərzində belə nəticəyə gəlmişəm ki, bir çox insanlarda QHT təşkilatları haqqında, onun fəaliyyəti haqqında yanlış mövqe yaranıb, xüsusən də əmək hüquqlarının müdafiəsi ilə əlaqədar.
Bir çox insanlar QHT-rin fəaliyyətini düzgün bilmədiklərindən, bəzi hallarda hətta onları dövlət orqanları ilə belə müqayisə edirlər. Bu əsaslardan QHT-rin fəaliyyəti haqqında bəzi fikirlərimi bildirmək istəyirəm:
1. Hər bir QHT öz fəaliyyətində: Azərbaycan Respublikası Konstitusiyası, Qeyri-Hökumət Təşkilatları haqqında Qanunu və digər digər qanunvericilik aktlarını, eyni zamanda öz Nizamnaməsini əsas tutmalıdır.
2. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
3.QHT-təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarəedən, öz fəaliyyətinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
4.QHT-lər, Dövlət Əmək Müfəttişliyi Xidməti, Prokurorluq və ya Məhkəmədən fərqli olaraq yerinə yetirilməsi məcburi olan və ya dövlət adından qərar və ya göstərişlər qəbul etmir, belə bir səlahiyyəti də yoxdur.
5. QHT-lər, Həmkarlar ittifaqı təşkilatı kimi ictimai təşkilatlardan fərqli olaraq işçilərdən yığılan üzvlük haqqı, işəgötürənin yardımı hesabına fəaliyyət göstərmir.
6. QHT-lərdə işləyən şəxslərin əksəriyyəti öz fəaliyyətlırini ictimai əsaslar və ya könüllülük prinsipi ilə yerinə yetirir.
7. QHT-lərin əsas vəzifələri, onlara müraciət edən şəxslərə, bizim sahədə isə daha çox: işçilərə hüquqi yardım göstərmək, onların problemlərini aidiyyəti üzrə qurumlara və ya vəzifəli şəxslərə çatdırmaq, işçi ilə əlaqədar problemləri ictimailəşdirmək, hüquqi məsləhətlər vermək, ərizə və digər müraciət və şikayətlərin tərtib olunmasında, dövlət orqanlarına, mediasiya və ya məhkəməyə müraciət etmək sahəsində hüquqi yardım göstərməkdir.
8. Fikrimcə, fəaliyyətlıti ilə əlaqədar olaraq hər bir QHT, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi kimi ildə ən azı bir dəfə bu barədə hesabat verməlidir.
9. Hər bir şəxs və ya işçi bilməlidir ki, QHT-r, müraciət edən şəxslər haqlı olsalar belə, hüquqları açıq aşkar pozulsa belə, onların hüquqlarının bərpası ilə əlaqədar müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur, onlar barədə ədalətli və ya qanuni qərarların qəbul edilməməsi, həmin QHT-lərin yaxşı və ya pis işləməsini sübut etmir, bu məsuliyyət bu qərarları qəbul edən dövlət və ya digər orqanların üzərinə düşür.
10. Praktikada az da olsa belə hallar və ya insanlar da olur. Mən də, təşkilatımız da uzun müddət işçiyə kömək edir, ona hüquqi yardım göstəririk. Hər hansı bir məmurun çıxardığı ədalətsiz və ya qanunsuz qərara görə işçi bu məmuru deyil, ona kömək edən şəxsləri günahlandırmağa çalışır.
11. Hər bir işçi çalışmalıdır ki, QHT-lərə də müraciıt edərkən imkan daxilində iş vaxtı ərzində müraciət etsinlər.Nə gizlədim mənə dı axşam saat 22.00 - 24.00 da müraciət edib, suual verənlər olur. Nəzərə almaq lazımdır ki, bu təşkilatlarda işləyən şəxslərin də dincəlmək, istirahət etmək və şəxsi işləri ilə məşğul olmaq hüququ da var.
12. QHT-lərə, o cümlədən dövlət orqanlarına müraciət edərkən çalışmaq lazımdır ki, Ərizə qısa, konkret və aidiyyəti üzrə mübahisə predmeti üzrə olsun. Bu problemin və işçi hüququnun bərpa olunma prosesini asan edər.
Azər Quliyev.
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.