"Özünüsenzura” haqqında

17-01-2024, 10:24           
"Özünüsenzura” haqqında
Ölkədə seçki prosesi gedir. Ötən gündən prezidentliyə namizədlərin təşviqatı başlayıb.
Hələlik cəmiyyətdə seçki aktivliyi, namizədlərin fəallığı müşahidə olunmur.
Elə ötən gün İTV-də prezidentliyə namizədlərin çıxışlarından da görsənirdi ki, hələlik seçici fəallığını gözləməyə dəyməz.
Bir neçə gün öncə Prezident ölkənin suverenliyinin tam bərpasından sonra yaranan yeni mühitlə bağlı ictimai müzakirənin vacibliyi mesajinı vermişdi.
Prezidentliyə namizıdlərdən də gözlənti bu olsa da hələlik müşahidə olunmur.
Maraqlıdır ki, hökumətin atdığı bəzi addımlar da sanki cəmiyyətdə seçki aktivliyinin qarşısını almağa yönəlib.
Ötən gün baş verən jurnalist həbsini də jurnalistlərin, sosial media istifadəçilərinin ictimai fəallığına, aktivliyinə mənfi təsir göstərən amil kimi dəyərləndirmək olar.
Baxmayaraq ki bizdə senzura yoxdur, amma bu tip addımlar, xüsusilə də seçki dövründə atılan bu tip addımlar, cəmiyyətdə ictimai-siyasi fəallığı azaldır, "özünüsenzura" formalaşdırır.
Hansı ki, Prezident özü ölkədə yeni formalaşmış situasiya ilə bağlı ictimai fəallığa çağırış edib.
Bildiyim qədər hazırda ATƏT və bir sıra digər qurumlar da seçkini monitorinq edirlər. Onlar seçki ilə bağlı hesabatlar hazırlayacaqlar.
Bu günlərdə bizim, Seçki Müşahidə və Təhlil Qrupu olaraq bu tip qurumlarla, prezidentliyə namizədlərlə keçirilən görüşlərimizdə də bu məsələlər müzakirə predmetinə çevrilib.
Düşünürəm ki vətəndaşlarımız, ictimai fəallar da çıxışlarda diqqətli olmalı, indiki həssas məqamda təhqir və böhtana yol verməməlidir.
Eyni zamanda hökumət də, xüsusilə də seçki dövründə təhqirə və böhtana yol verilməyən çıxışlara, tənqidlərə qarşı tolerant davranış sərgiləməlidir, "özünüsenzura"-nı dərinləşməyə yönəlik addımlardan çəkinməlidir.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.