Azərbaycanda “qara bazar” dirçəlib: - “1 milyon dolları da...”

31-01-2024, 00:12           
Azərbaycanda “qara bazar” dirçəlib: -
Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdə müəyyənləşib.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Ümümiyyətlə, valyuta mübaləsi və dövrüyyəsinin məhdudlaşdırmaq nə kimi əngəl yarada bilər?

Sözügedən məsələ ilə bağlı “Cebhe.info”-ya iqtisadçı Fuad İbrahimov bildirib ki, valyuta mübadiləsinə limit qoyulması vətəndaşlar arasında həyəcanlı bir vəziyyət yaradır:
“Valyutanın əldə olunması və ya mübadiləsi vətəndaşın dünya çərçivəsində olan fəaliyyətinə problemlərə yol aça bilər. Valyuta mübadiləsini əsas iş adamları həyata keçirir. Lakin tək iş adamları yox, eyni zamanda xaricdə tələbə oxudan və ya xaricə pul göndərən vətəndaşlar da var. Belə məhdudiyyətlər olduğu zaman, bir çox vətəndaşların “qara bazar”a və ya başqa üsullardan istifadəyə meyillənirlər”.

Ekspert bildirib ki, indiki “qara bazar” 90- cı illərin “qara bazarı”na bənzəmir:

““Qara bazar” sövdələşməsi 90- cı illərlə müqayisədə hazırda daha genişlənmiş bir vəziyyət yaradıb. “Qara bazar” sövdələşməsi şaxələnməkdədir. Qeyri- rəsmi olaraq “qara bazar” rahatlıqla fəaliyyət göstərə bilər. Xüsusilə də kibernetika və rəqəmsal dünyada həyata keçirilə bilər. Misal üçün, hər kiməsə 1 milyon dollar lazımdırsa, asanlıqla “qara bazar”dan əldə edib xaricə göndərə bilər. Qaydalar nə qədər sərt olsa belə, “qara bazar” əl altından fəaliyyət göstərə bilir. Bu qərar da “qara bazar”ın gizli yolla şaxələnməsinə gətirib çıxarır. Çünki dollar mübadiləsinə qoyulan limit bir çox vətəndaşın işinə əngəl yaradır”.

Ekspert qeyd edib ki, “qara bazar”ın qarşısını almaq üçün müəyyən islahatlar aparılmalıdır:

““Qara bazar”da dövr edən pullara dövlət nəzərət edə bilmir. Gizli yolla dolların, avronun mübadiləsi həyata keçirilir. Bunun da səbəbi dövlətin dollar mübadiləsinə müəyyən limitin qoymasıdır. Limitin miqdarı artırılarsa və ya təcili kütləvi məbləğda valyutanın mübadiləsinin həyata keçirilməsi üçün imkan yaradılarsa, o zaman “qara bazar”a marağı azalda bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.