Konqres, Ramştayn-19, dünyada GLSDB bomba/raketlərin ilk istifadəsi, ABŞ milli təhlükəsizliyinə təhdid

15-02-2024, 16:24           
Konqres, Ramştayn-19, dünyada GLSDB bomba/raketlərin ilk istifadəsi, ABŞ milli təhlükəsizliyinə təhdid
Dünən demokratların Nümayəndələr Palatasında lideri Hakim Ceffris spiker Mayk Consonla danışıqlar apardı. Hakim Ceffris Mayk Consonun Ukraynaya yardımın ayrılması məsələsində mövqeyini şərh edərkən deyib:"İş gedir".

Dünən (14 fevral) Ramştayn formatında 19-cu toplantı keçirilib. Toplantıdan 2 bəyanatı qeyd edək.

Pentaqonun rəhbəri Lloyd Ostin:"Rusiya, ABŞ-ın Ukraynaya dəstəyini azaldacağını düşünməyə davam edir. Onlar yanılırlar, ABŞ Ukraynanın yanında dayanmağa davam edəcək".

Ukrayna MN:"HHM sistemləri koalisiyası, dron koalisiyası, sursatların istehsalı üzrə iş, Ukraynaya F-16-ların verilməsi məsələsi və başqa məsələlər üzrə proseslər inkişaf edir".

- Ukrayna ilk dəfə GLSDB raketlərdən istifadə edib. Bu raketlər HİMARS M142-lər tərəfindən atılır və hal-hazırda ATACMS-lara alternativ kimi istifadə edilir. Bundan qabaq Ukraynaya verilən GMRLS-ların atəş radiusu 75 km. idi, GLSDB-lərin isə atəş radiusu 150 km-dir.

- Dünən(14 fevral) N/P, Senat, Ağ Ev, Pentaqon və milli təhlükəsizlik agentliyinin rəsmiləri tərəfindən "ABŞ milli təhlükəsizliyinə(Rusiya tərəfindən) ciddi təhdidlər mövcuddur" bəyanatları verildi.

Nədir məsələ?

Söhbət Rusiyanın kosmosa nüvə silahlarının göndərilmə niyyətindən gedir. Yox, Rusiya kosmosdan yer kürəsinə nüvə atmayacaq, amma kosmosda peyklərə qarşı ondan istifadə edə biləcək, bu səbəbdən də ABŞ həyacan təbili çalır.

Politoloq Kamran Cəfərov

visiontv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.