Prezident İlham Əliyev: ''Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir''

8-08-2016, 22:36           
Prezident İlham Əliyev: ''Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir''

"Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli sammitdə çıxışı zamanı bildirib.

"Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar... Münaqişə ilə bağlı mövcud olan (Dağlıq Qarabağda - red.) status-kvo qəbuledilməzdir", - deyə dövlət başçısı qeyd edib.

"Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru