Vergi məcəlləsi dəyişir?- belə yanaşma ilə heç nə dəyişməz...

20-02-2024, 09:24           
Vergi məcəlləsi dəyişir?- belə yanaşma ilə heç nə dəyişməz...
Bir nəfər yuxuda görür ki, gecə vaxtı evə qayıdır, arxasınca addım səsləri gəlir. Adam addımlarını sürətləndirir, amma eşidir ki, arxasınca gələn də sürətlə addımlamağa başlayır, qaçmağa başlayır, arxasınca gələn də qaçır, adam lap qorxur, evinin blokuna girib öz mənzilinin qapısına çatır, əli əsə-əsə açarları çıxartmağa çalışır, amma görür ki, arxasınca gələn artıq ona çatıb. Üzünü ona çevirib bərk qışqırır ki, sən kimsən, mənim arxamca niyə gəlirsən, məndən nə istəyirsən?! O da qayıdır ki, mən nəbilm ala, məndən niyə soruşursan, sənin yuxundu da!
İndi İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti açıqlama verib ki, ölkədə yeni vergi məcəlləsi hazırlanır, dəyərli jurnalistlər də hər gün zəng edib məndən soruşurlar ki, bu yeni məcəllə necə olacaq, nələr yer alacaq?! Əziz qələm əhli, açıqlama (yuxu) onların – lütfən onlardan soruşun ki, nə istəyirlər, ölkəyə hansı vergi sistemini gətirmək fikirləri var, əgər yenidən, sil-başdan vergi məcəlləsi yazacaqdırlarsa, nədən son illər məcəlləyə yüzlərlə yerli-yersiz dəyişikliklər etdilər?!
Özü də Dövlət Vergi Xidmətinin nümayəndəsi deyib ki, xarici məsləhət şirkətləri ilə işləyirlər – xub, lap yaxşı, amma əvvəl iş adamları, kiçik-orta sahibkarlarla işləsinlər, onlarla görüşsünlər, fikirlərini, dərdlərini alsınlar – xarici məsləhətçi məsələlərə “üfüqi xəttlə” baxır, dərinliyi bilmir, bizə “şaquli” baxış lazımdır, sadə, cəmi 30-40 maddəlik məcəlləyə ehtiyac var. Amma əvvəl çıxın-deyin görək siz, ümumiyyətlə, nə istəyirsiz, hansı sistemlərə üstünlük verirsiz?! Özü də xarici məsləhətçilərin ölkəmizə ürəyi yanmır, bu işə qonorar kimi baxır – belə yanaşma ilə heç nə dəyişməz...
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.