Azər Bayramovdan revanş: Qarayev nazir müavini gətirilir
28-02-2024, 18:27
Maliyyə nazirliyinin 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev Maliyyə nazirinin müavini olmağa hazırlaşır.
Bu barədə AzFakt.com-a daxil olan məlumatda deyilir.
Məlumata görə Nadir Qarayev Maliyyə nazirinin müavini olmaq üçün bütün əlaqələrini işə salıb.
Nadir Qarayevin Maliyyə nazirinin müavini olmasını nazirin digər müavini Azər Bayramovun da istədiyi bildirilir. Buna səbəb isə Nadir Qarayevin uzun illərdir Azər Bayramovla yaxın dost olmalarıdır.
Lakin Azər Bayramovla Nadir Qarayevin bu istəyinin heç də asan olacağı görünmür.
Mənbə qeyd edir ki, Maliyyə nazirinin müavini vəzifəsinə adı çəkilən digər namizəd hazırda başqa bir sektorda çalışır. O şəxs Maliyyə nazirinə müavin vəzifəsinə təsdiqlənərsə Samir Şərifovun və başda Azər Bayramov olmaqla nazirlikdəki hazırkı rəhbərliyin "dövrü" sona çatacaq.
Qeyd edək ki, Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə 2022-ci ilin aprel ayında vəfat edib.
Məsələ ilə əlaqədar Maliyyə nazirliyindən mövqe öyrənə bilmədik.