NAZİR 3 ZABİTİ İŞDƏN QOVDU - Xidmət yoldaşını güllələdiyi üçün

14-08-2016, 14:04           
NAZİR 3 ZABİTİ İŞDƏN QOVDU - Xidmət yoldaşını güllələdiyi üçün
Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşının ölümünə səbəb olan polis mayoru sərəncama göndərilib

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün iyun ayında keçirilən əməliyyat zamanı bir polisin xidmət yoldaşı tərəfindən öldürülməsi faktı üzrə araşdırma yekunlaşıb. Nəticədə Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Vasif Şaiq oğlu Bağırovun ölümünə səbəb olan Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis mayoru Altay Rəfiyev sərəncama göndərilib. Əmrdə qeyd edilib ki, polis mayorunun daxili işlər orqanlarında qalıb-qalmayacağı məsələsinə də baxılacaq.
Nazirin əmri ilə Ağstafa RPŞ-də iki – həm xidmət, həm də əməliyyat işləri üzrə müavinlər də vəzifədən azad ediliblər.

Qeyd edək ki, 27 yaşlı Vasif Bağırovun ölümü ilə nəticələnən əməliyyat gecə saatlarında keçirilib. T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılır. Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq dünyasını dəyişdiyi bildirilir.(axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru