Azərbaycanda dərmanlar 34 faiz bahalaşdı - rəsmi

16-08-2016, 08:23           

"Rəsmi statistikanın məlumatına görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalaşmanın lideri dərman vasitləridir. Rəsmilərin apardığı təbliğat budur ki, dərman prepaparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Ola bilər ayrı-ayrı dərmanlarda ucuzlaşma var".

Bunu tanınmış iqtisadçı ekspert Rövşən Ağayev feysbuk səhifəsində yazıb.

İqtisadçı yazır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında dərmanların qiyməti 34%, tibbi təyinatlı digər məhsullar 24% bahalaşıb.

R.Ağayev onu da vurğulayır ki, ölkədə tibbi sığorta sistemi çalışmadığından müalicə və sağlamlığın qorunması ilə bağlı xərclərin real səviyyəsi ailə büdcələrində kifayət qədər yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru