Quba Soyqırımı Memorial Kompleksində 31 martla bağlı hazırlıqlar NƏ YERDƏDİR? – FOTO

30-03-2024, 10:40           
Quba Soyqırımı Memorial Kompleksində 31 martla bağlı hazırlıqlar NƏ YERDƏDİR? – FOTO
"31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubadakı Soyqırımı Memorial Kompleksində müvafiq tədbirlər planı hazırlanıb və bir neçə gündür bu istiqamətdə işlərə başlanılıb"

Bu barədə Bizim.Media-ya Quba Memorial Soyqırımı Kompleksinin direktoru Rəxşəndə Bayramova məlumat verib.

Onun sözlərinə görə, bu il azərbaycanlıların erməni quldurları tərəfindən soyqırımına məruz qalmasının 106 ili tamam olur. 31 mart günü burada soyqırımı qurbanlarının anım tədbiri və kütləvi ziyarət nəzarət nəzərdə tutulub:

"Bir çox ali məktəblərlə, muzeylərlə birgə seminarlar, sərgilər, onlayn tədbirlər keçiririk. Bu il ziyarətçilərin sayının daha çox olacağını güman edirik. 10-15 min ziyarətçinin kompleksi ziyarət edəcəyi gözlənilir. Məqsəd faciəni dünyaya çatdırmaq, ermənilərin yalançı soyqırımını ifşa etməkdir".

Rəxşəndə Bayramova aprel ayından daha bir layihəyə start verəcəklərini bildirib. Onun sözlərinə görə, soyqırımı həqiqətlərini nəinki ölkəmizdə, hətta xaricdə də tanıtmaq istəyirlər:

"İlk olaraq Türkiyəyə səfər etmək fikrindəyik. Universitetlərdə, Ege Universitetində mühazirələr oxunmasını həyata keçirəcəyik. Məqsəd türkiyəli tələbələrə soyqırımı həqiqətlərini çatdırmaqdır"

Quba Memorial Soyqırımı Kompleksinin direktoru Rəxşəndə Bayramova əlavə edib ki, bu il ziyarətə gələn insanlara 11 dildə bukletlər təqdim olunacaq.

“Kompleksimizdə həmçinin gələn yerli və xarici turistlərə 4 dildə - rusca, azərbaycanca, ingiliscə və ərəbcə bələdçilik edən əməkdaşların xidmətindən də istifadə olunacaq. Onun sözlərinə görə, bu il ümumi ziyarətçilərin sayının 1 milyonu keçəcəyi gözlənilir.



Aytəkin Alxaslı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.