Masallıda epilepsiyalı gəncin faciəvi ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:18
İyulun 21-də Masallı rayonunun Şərəfə kəndində 20 yaşlı İbad Əliyevin su kanalında boğularaq ölməsinin təfərrüatı məlum olub.
Hadisə zamanı mərhumun yanında olan qardaşı baş verənləri belə xatırlayıb:
"Ayaqqabısı və papağı suda idi. Suya girəndə boruya toxundum, əvvəlcə elə bildim ki, qardaşımdır. Bir qədər irəlilədim, əli ayağıma dəydi. Çəkib çıxartdım çölə".
İbad Əliyevin atası bildirib ki, oğlu epilepsiya xəstəsi olub:
"Qardaşı ilə birlikdə balıq tutmağa getmişdi. Kaş icazə verməyəydim. Hələ də dəqiq bilinmir, günvurmadan, yoxsa epilepsiya tutmasından yıxılıb".