Məşhur restoranda vətəndaşdan əlavə ödəniş alındı — Kassa çeki təqdim olunmadı

Bu gün, 15:22           
Məşhur restoranda vətəndaşdan əlavə ödəniş alındı —
Bakının Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "Green Park" adlı restorandan vətəndaşlar narazılıq ediblər.

Demokrat.az xəbər verir ki, ötən gün ad gününü qeyd etmək üçün restoranda istirahət edən vətəndaşlardan servis haqqından əlavə ödəniş alınıb və müştəriyə kassa çeki təqdim edilməyib. Vətəndaşlara isə həmin vəsaitin tort üçün əlavə ödəniş olduğu bildirilib.

Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bznes qurumları üçün hökumət son dərəcə toxunulmaz şərait yaradıb:

"Vətəndaş marketə girən zaman belə ona potensial oğru kimi baxırlar, çantasını alırlar. Çanta itdiyi zaman isə cavabdehlik daşımırlar. Belə hallarda dövlət orqanları bildirir ki, şəxsi biznesdə yaradılan şəraitə qarışa bilməzlər. Bəzi restoranlarda "face control" tətbiq olunur, bəziləri qadınsız girişə icazə vermir, bəziləri üzü mənzərəyə tərəf oturanlardan əlavə ödəniş, servis haqqı alırlar və s".

Ekspert deyib ki, qanunvericilikdə bunlar qadağan olunmadığı üçün biznes qurumları bu hallardan sui-istifadə edirlər:

"Başqa ölkələrdə də bu halla rastlaşmışam. Ancaq bütün hallarda vətəndaşa kassa çeki təqdim olunmalıdır. Dövlət vergidən yayınma olmamasında maraqlıdır. Bu, anormal haldır və istehlakçı hüququnun pozulmasıdır. Eyni zamanda turizmin inkişafına mane olan məsələdir.

Hökumət üzünü istehlakçılara çevirməlidir. Biznes qurumlarının toxunulmazlıq şəraitinə son qoyulmalıdır. İstehlakçılar belə hallarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru