"İranın bəzi rəsmiləri Ermənistana xüsusi dəstək göstərməklə, Cənubi Qafqazda vəziyyəti gərginləşdirir"

Bu gün, 15:14           
"İranın bəzi rəsmiləri Ermənistana xüsusi dəstək göstərməklə, Cənubi Qafqazda vəziyyəti gərginləşdirir"
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan bəyan edib ki, Tehran regionun geosiyasi strukturunda istənilən dəyişikliyə qarşıdır. Əli Əkbər Əhmədiyan İranın nəqliyyat marşrutlarının açılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib və Ermənistanın mövqeyini dəstəkləyib.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Milli Təhlükəsizlik Şurasının katibinin açıqlaması yersiz bir açıqlamadır: “Nəzərə alsaq ki, bu açıqlama hazırda Güney Qafqazda mövcud olan şərtlərə uyğun deyil və əslində gərginləşdirici bir bəyanat kimi dəyərləndirilməlidir və Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı cizgisi hesab edir. İran başa düşmür ki, hazırda Ermənistanın ərazi bütövlüyünə hansısa bir təhdid yoxdur və əslində bu tipli bəyanatlarla İran öz niyyətini pərdələməyə çalışır. Ermənistan da öz mövqeyini gücləndirməklə yanaşı, Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir”.

Politoloq bildirib ki, İran məhz Zəngəzur dəhlizinin açılmasına iki səbəbdən maraqlıdır: “Biri siyasi səbəbdir. İran istəyir ki, bu dəhliz onun ərazisindən keçsin və bu dəhlizdən illik tranzit gəlirləri bir neçə milyon dollar təşkil edir. Bu, ciddi rəqəmdir. Bundan başqa həm də siyasi dividentlər əldə edir. Eyni zamanda bu dəhlizdən istifadə edən ölkələrdə müəyyən təzyiq rıçaqlarını saxlayır. Bu baxımdan İran tərəfdən bu cür səslənən bəyanatları məhz İranın öz maraqları baxımından dəyərləndirmək lazımdır”.

Oqtay Qasımov vurğulayıb ki, İran bölgədə sabitləşdirici yox, əslində gərginləşdirici bir faktor olaraq qalmaqdadır.

“Baxmayaraq ki, İranın prezidenti qonşularla münasibətləri normallaşdırmağa çalışır. Amma İranda dini liderin əsas söz sahibi olduğu və onun komandasının xarici siyasətə təsir etdiyini nəzərə alsaq, bu cür bəyanatlar anlaşılandır”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru