Andrey Şevçenkonun oğlu futbolda ilk peşəkar müqaviləsini imzalayıb

Bu gün, 15:58           
Andrey Şevçenkonun oğlu futbolda ilk peşəkar müqaviləsini imzalayıb
2004-cü ildə "Qızıl top" mükafatını qazanmış məşhur ukraynalı futbolçu Andrey Şevçenkonun oğlu Kristian "Uotford" komandası ilk peşəkar müqaviləsini imzalayıb.

Oxu.Az bu barədə İngiltərə təmsilçisinin saytına istinadla xəbər verir.

Müqavilə bir il müddətinə nəzərdə tutulub. Onun müddəti daha bir mövsüm uzadıla bilər.

Kristian Şevçenko Ukraynanın 19 yaşadək milli komandasında çıxış edir. Londonda anadan olan Kristian 2024-cü ilin martında Ukrayna pasportu alıb.

Qeyd edək ki, "Uotford" İngiltərə futbolunun ikinci liqası olan Çempionşipdə çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru