Sənədsiz evlərə çıxarışların verilməsində yenilik: Qanunla 15 gün vaxt veriləcək

Bu gün, 15:36           
Sənədsiz evlərə çıxarışların verilməsində yenilik: Qanunla 15 gün vaxt veriləcək
Azərbaycanda sənədsiz tikilmiş evlərin sənədləşdirilməsi mövzusu, son illər ölkənin tikinti və əmlak bazarına dair mühüm məsələlərdən birinə çevrilib. Həm yerli, həm də xarici investorlar üçün əmlakın hüquqi mülkiyyətinin təsdiqlənməsi vacibdir.
Bizimyol.info xəbər verir ki, bu məsələnin həlli isə sadəcə hüquqi deyil, həm də sosial və iqtisadi baxımdan önəm daşıyır. Belə tikililərin sənədləşdirilməsi, ilk növbədə sakinlərin hüquqlarını qorumağa, dövlətin nəzarətini artırmağa və iqtisadiyyatın şəffaflığını təmin etməyə xidmət edir.

Son illərdə dövlət orqanları tərəfindən bu məsələ ilə bağlı bir neçə hüquqi islahat və təşviqat proqramları həyata keçirilmişdir. Lakin bu proses, bəzi çətinliklərlə yanaşı, həm də müxtəlif sosial qrupların hüquqi vəziyyətinin bərpa edilməsi və onları mülkiyyət hüququ ilə təmin etməyi nəzərdə tutur. Sənədsiz tikilmiş evlərin sənədləşdirilməsi həm mülkiyyətçilər üçün, həm də dövlət üçün mühüm bir məsələ olaraq qalır.

Məsələyə Milli Məclisin deputatı Vüqar Bauramov münasibət bildirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib.

“Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək”, - deyə iqtisadçı deputat qeyd edib.

Vüqar Bayramov deyib ki, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır.

“Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa həmin daşınmaz əmlak qeydiyyata alınacaq.

Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir”, - deyə millət vəkili bildirib.

Qadir, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru