Nazirlik: "Özəl tibb müəssisələrinin doğuş xidməti göstərməyə lisenziyası yoxdur"

17-08-2016, 18:53           

“Azərbaycanda yalnız bir neçə özəl tibb müəssisəsinin antenatal qulluq göstərmək hüququ var”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin (RPM) direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bu özəl tibb müəssisələrinin özlərinin doğuşayardım stasionar xidməti olduğundan onlar hamilə qadını lazım olduqda hospitalizasiya edib, yardım göstərə bilirlər: “Lakin çox təəssüf ki, əksər özəl tibb müəssisələri bu xidməti göstərməyə lisenziyası olmadığını gizlədir və hamilənin durumu ağırlaşdıqda özəl müəssisələrin həkimləri onlara dövlət xəstəxanalarına müraciət etməyi tövsiyə edir”.
S. Məmmədova qeyd edib ki, Səhiyyə Nazirliyinin 21 nömrəli əmrinə uyğun olaraq özəl tibb müəssisələri ilə ərazi qadın məsləhətxanaları arasında əlaqəli iş qurulmalıdır: “Bu işlərin yerinə yetirilməsinə nəzarət Səhiyyə Nazirliyinin müəyyən rəsmi qurumlarına həvalə edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru