Fətullah Gülən iş adamını Azərbaycandan necə qovdurub?

18-08-2016, 08:57           
Fətullah Gülən iş adamını Azərbaycandan necə qovdurub?
Hüseyn Böyükfırat: “Gülənçilərin dünyada ikinci güclü olduqları ölkə Azərbaycandır“

“Fətullah Gülən 2003-cü ildə Azərbaycana girişimi bağlatdırdı”

Türkiyədə məhkəmə proseslərindən birində Fətuulah Gülənin Azərbaycanda necə kök atdığı, hətta burada iş adamlarına “haqq” qoyduğu haqda ilginc məlumatlar səslənib.


İstanbulda 14-cu Ağır Cinayətlər Məhkəməsində Türkiyənin ictimi-siyasi fəallarından biri, İnsani (Humanitar – red.) Yardım Vəqfinin könüllülərindən olmuş iş adamı Hüseyn Böyükfırat Gülən camaatına 2 trilyon lirə məbləğində (köhnə pulla) yardım etməsi iddiası ilə bağlı ifadə verib. İfadəsində o, Azərbaycanı Gülən hərəkatının ən güclü olduğu ikinci ölkə adlandırıb.

Şanlıurfa-da doğulan Böyükfırat Azərbaycan Tibb Universitetinin əzcaçılıq fakultəsini bitirib, burada iş adamı kimi fəaliyyət göstərib və məhkəmədə dediyinə görə, Gülənin birbaşa müdaxiləsi ilə buradan didərgin salınıb.

Özünə qarşı iddiaları təkzib edən Böyükfırat “Mən də təccüb edirəm ki, bu qədər pul məndə hələ o zaman olmaya-olmaya necə ola bilər ki, onlara yardım edim? Görünür bütün mal varlığımı hesablayıb ortaya bu rəqəmi çıxarıblar”, – deyə bildirib.

Məhkəmə heyətinin sədri Canel Rüzgarın “Azərbaycanda sənə Fətullah Gülən ilə bağlı söhbətlər edənlər, onun haqqında danışanlar olubmu?” sualına cavab olaraq Böyükfırat deyib ki, Azərbaycanda bu hərəkatın çox geniş fəaliyyətləti var: “Dünyada bəlkə də ikinci güclü olduqları ölkə Azərbaycandır. Bu hərəkat məndən pul istədi. Mən də dedim ki, bir müsəlman olaraq sizə yardım edərəm, amma mənim də öz ölçülərim var. Sizin tələbləriniz buna uyğun deyil və mənim sizinlə heç bir əlaqəm ola bilməz. Azərbaycanda yetərli qədər yaxşı bir mövqeyim var idi. Çevrəmdəki insanlara da dedim ki, bunlara pul verməyin. Bunlar qeyri-millidir, İslama uyğun deyil, bunlar başqa ölkələrin agentləridir. Sonrasında isə birbaşa olaraq Fətullah Gülən mənə mesaj göndərərək xəbərdarlıq etdi. Türkiyə ilə əlaqəm yoxdur deyəcək bir vəziyyətdə olarkən, məni Azərbaycanda olan fəaliyyətlərimdən dolayı o ölkə ilə bağladılar. Fətullah Gülən 2003-cü ildə Azərbaycana girişimi bağlatdırdı. Hava limanında Daxili İşlər Nazirliyinin əməkdaşları gələrək, çox mədəni şəkildə bildirdilər ki, biz sizi yaxşı tanıyırıq, sizinlə bir problemimiz yoxdur, amma sizin Türkiyəyə getməyiniz lazımdır. Mən də qayıtdım Türkiyəyə. Daha sonra etibarlı qaynaqlardan aldığım məlumatlardan aydın oldu ki, şəxsən Fətullah Gülən göstəriş verib ki, onu oradan göndərin”.

Məhkəmənin gedişində digər müttəhim Ali Fuat Yılmazer Hüseyn Böyükfırata ünvanladığı “Fətullah Gülən sizə birbaşa necə xəbərdarlıq etdi?” sualına cavab olaraq Böyükfırat bildirib ki, oranın imamı var, onunla xəbər göndərib. “Elə bizə də bu oyunu hazırlayan, bu tələni quran Fətullah Güləndir. Əsl biz ondan şikayətçiyik”, – deyə Böyükfırat əlavə edib.

Saxta adı Məhərrəm Menekşe olan Azərbaycanın imamlarından birinin yanına gələrək görüşdüyünü bildirən Hüseyn Böyükfırat qeyd edib ki, bu şəxs onun xəbərlərini qarşı tərəfə çatdırıb: “Məhərrəm Menekşeni Hidayet Karaca (məhkəmədəki müttəhimlərdən biri) da çox yaxşı tanıyır. ”Zaman” qəzetinin Azərbaycandakı təmsilçisi Enes Cansevəri dəfələrlə yanıma göndərdilər. Dəfələrlə yanıma gəlib getdi, amma sözünü tutmadı. Əvvəlcə dedi ki, haqqlarında danışmayım. Sonra da dedi ki, şikayətimdən əl çəkim. Bəlkə də 10 dəfə Azərbaycan qəzetlərində haqqımda PKK-lıdır deyə yazılar yazdırdılar. Halbuki, orada PKK-ya qarşı olan tək adam mən idim.

Gülən qrupu ilə hələ 2000-ci illərdən münsibətlərimiz gərgin idi. Nuh Gönültaş, Faruk Arslan hələ o zaman Azərbaycanda yox idilər. Mən Insani Yardım Dərnəyinin qurucularından idim və qurumun Qafqaz təmsilçisi idim. Hüseyin Arslan Azərbaycanda olanda məni ruslara hədəf göstərmişdi. Bu haqda “Neft Şahmatı” kitabında da yazıb. Insani Yardım Dərnəyi Qarabağ savaşında məcburi köçkünlərə qida, geyim, dərman kimi yardımlar edirdi. Ətrafım deyirdi, sən kimsən ki, səninlə belə ciddi mübarizə aparırlar?! Əvvəllər anlamırdım. Mavi Mərmərə hadisələrindən sonra bir az anlamağa başladım. Mən normalda milli görüş köklüyəm. Məlum oldu ki, mənim üzərimdən Insani Yardım Dərnəyini ələ keçirmək istəyirlər”.

Hüseyin Böyükfırat bildirib ki, 2009-2010-cu illərdə bir kollec açmaq fikri olub. Lakin onun kirayələdiyi yeri “gülənçilər” daha çox pula özləri kirayələyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.