“Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü...” - Maskdan HƏYƏCAN TƏBİLİ

14-04-2024, 15:04           
“Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü...” - Maskdan HƏYƏCAN TƏBİLİ
“Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb”.

Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkəsində bildirib.

O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib.

“Bəşəriyyət dayanıqlı enerjiyə mümkün qədər tez keçməlidir, bunu etmək üçün bizim cəmi bir neçə ilimiz qalıb”, - deyə Mask cavab verib.
Elon Mask məqsədi kosmosun tədqiqi olan “SpaceX” şirkətinin sahibidir. Bu yaxınlarda sahibkar Marsın kolonizasiyası ilə bağlı təxmini planını paylaşdığı böyük bir təqdimat etdi.

Milyarderin sözlərinə görə, nəhəng “Starship 3” raketi Marsın kolonizasiyası üçün baza rolunu oynayacaq.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru