“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir… – Bəs niyə heç kim məsuliyyətə cəlb edilmir?

22-04-2024, 10:57           
“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir… –
Lökbatanda məcburi köçkünlər üçün tikilmiş, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə baş verib…

Poliqon xəbər verir ki, bu barədə İctimai TV-nin efirində yayımlanan reportajda bildirilib. Reportajda qeyd edilir ki, hazırda Qobustan Mənzil istismar İdarəsi həmin binaların təməlidə bərkitmə işləri aparırlar.

Qeyd edək ki, bir neçə ildir ki, Lökbatanda məcburi köçkünlər üçün tikilmiş, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə baş verməsi ilə bağlı məlumatlar yayılıb. Həmin binaların da təməllərinin bərkidilməsi həyata keçirilib.

Bəs böyük bir yaşayış massivində binaların əyilməsi ilə bağlı niyə heç kim məsuliyyətə cəlb olunmur? Bu əyintilərin səbəbi nədir və niyə bərpa işlərini yaşayış massivini tikən şirkət həyata keçirmir? Ən əsası, niyə “Qobu Park-3” yaşayış massivindəki binaların əyilməsi ilə bağlı dövlət komissiyası yaradılmır? Axı ən kiçik yeraltı təkanlar bu massivdə ciddi nəticələrə səbəb ola bilər? Doğrudanmı əlaqədar dövlət qurumları ancaq qurbanlar və dağıntılar olandan sonra hərəkətə keçməlidirlər?..

Xatırladaq ki, “Qobu Park-3” yaşayış massivini tikən şirkət Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus “Kristal Abşeron” MTK-dır. Vəliyevlərin həyata keçirdikləri başqa layihələrlə bağlı da belə iddialar daha əvvəl səsləndirilib…

TEREF bidirir ki, Qaradag Rayon İcra Hakimiyyəti məqalədə qaldırılan problemlə bağlı mövqeyini bildirib və onların mövqeyini təqdim edirik:
Paylaşımda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, "Qobu Park-3" yaşayış kompleksi, 26 saylı binanın təməlində bərkitmə işləri həyata keçirilmişdir. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binaya baxış keçirilərək binanın qəzalı vəziyyətdə olmadığı bildirilmişdir. Məlumat üçün bildiririk ki, "Qobu Park" yaşayış kompleksi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.