Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu ünvanlayıb

22-08-2016, 11:16           
Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu ünvanlayıb
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

APA-nın XİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.