Kəmaləddin Heydərov digər məmurları qabaqladı

22-08-2016, 16:35           

Braziliyanın Rio-De–Joneyro şəhərində keçrilən XXXI Yay Olimpiya oyunları başa çatdı. Azərbaycanın Olimpiya komandası bu oyunlarda 56 idmançı ilə iştirak etdi. Yığma komandamız 1 qızıl, 7 gümüş, 10 bürünc (18 medal) medal qazandı.

Taekvondoçu Radik İsayev (+80 kq) 1-ci yeri tutdu.
Cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) 2-ci müküfata – gümüş medala sahib oldu.

Taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə 3-cü yeri tutdu.

Azərbaycan idmançılarının “Rio Olimpiadası”nda çıxışı ölkəmizdə bəzi federasiyalara rəhbərlik edən şəxslərin də gündəmə gəlməsinə səbəb olub. Heç kimə sirr deyil ki, federasiya prezidentləri Olimpiadaya yollanan idmançılara bütün lazımi şəraiti yaradırlar. Hətta 1-ci, 2-ci, 3-cü yerləri tutacaq idmançılara qabaqcadan yüksək məbləğdə mükafatlar da vəd olunmuşdu... Di gəl ki, hər cür şəraitlə təmin olunan bir sıra idmançılar yarış meydanında özlərini göstərə bilməyərək, yüksək yerlər uğrunda imkanlarından zəif çıxış etdilər.

Rio-De–Joneyro Olimpiadasında qazanılan mükafatları nəzərə alsaq, taekvondo üzrə komandamızın ən yaxşı çıxış edən olduğunu (1 qızıl, 2 bürünc) vurğulamalıyıq.

Azərbaycan milli komandası cüdoda 2 gümüş, güləşdə 3 gümüş, 6 bürünc, boksda 1 gümüş, 1 bürünc, avarçəkmədə 1 gümüş, 1 bürünc qazandı.

Yeri gəlmişkən, əsas mükafatların qazanıldığı Taekvondo (3 medal) və Boks (2 medal) federasiyalarına fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir.

9 medal (3 gümüş, 6 bürünc) qazanan Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur.

2 medal əldə edən Cüdo Federasiyasına Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və 2 medal qazanan Avarçəkmə Federasiyasına iş adamı Elçin Zeynalov rəhbərlik edir.
Modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.