Nəcməddin Sadıkov həbs edilir? - AÇIQLAMA

4-05-2024, 00:04           
Nəcməddin Sadıkov həbs edilir? - AÇIQLAMA
“Neçə vaxtdır ki, Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə gedirdi. Eləcə də proseslərdə həbs edilənlər, məhkəmədə adıçəkilən şəxslər də olub ki, onlardan biri də Nəcməddin Sadıkovdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında araşdırmaçı jurnalist Rey Kərimoğlu deyib.

Həmsöhbətimiz Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı başladılan prosesdə oxların sabiq Baş Qərargah rəisinə tuşlanması faktından söz açıb.

R. Kərimoğlunun fikrincə, Nəcməddin Sadıkov uzun illərdir ki, Azərbaycan ordusunda rüşvətə, korrupsiyaya bulaşıb, milli ordunun formalaşmasına mane olub.

“Məhkəmənin qərarı yoxdur deyə, Nəcməddin Sadıkovun bu məsələdə cinayətkar olduğunu deyə bilmərəm, lakin onunla bağlı illərdir ki, yazılır və onların böyük əksəriyyəti faktlara əsaslanan informasiyalardır”, – jurnalist əlavə edib.

Onun sözlərinə görə, məhkəmə orqanları bu faktları araşdırsa, Nəcməddin Sadıkova ömürlük həbs düşür:

“Məhkəmənin qərarlarını qabaqlamayıb, nə isə demək istəmirəm, lakin Nəcməddin Sadıkovun bütün bu cinayətlərdə əli var, proseslərdə başda duran adam olub. Bu adam cəzalandırılmalıdır. Arzum budur ki, Azərbaycan ordusunu dağıdan, onu ələ salan, dövlətin ayırdığı milyardları mənimsəyən Nəcməddin Sadıkov başda olmaqla bu işlərlə məşğul olan adamlar həbs edilsin”.
R.Kərimoğlu qeyd edib ki, bu məsələdə yüzlərlə faktlar yazılıb, əsgər və zabitlərdən rüşvətlər alınıb, yerdəyişmələr olub, zabitlərin başına nə oyunlar açılıb, milli kadrlarımızı ləkələyib şərləyiblər.

“Nəcməddin Sadıkov, bax, belə bir insandır. Ümid edirəm ki, o, nə vaxtsa cəzasını alacaq. Ona görə də məhkəmə proseslərini gözləməliyik. Hətta mənə elə gəlir ki, başqa məhkəmə prosesləri də olacaq”, – o, fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi davam edir. APA-nın məlumatına görə, bu gün Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov 4 ay müddətinə həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.