Bakıda təmir edilən yol yenə çökdü

Dünən, 09:38           
Bakıda təmir edilən yol yenə çökdü
Xətai rayon 8 Noyabr prospektində təmir edilən yol çöküb.

Yolda hərəkət edən sürücülər məcbur olub sürəti azaldırlar.

Yola bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər ki, bu da xüsusən gecə saatlarında təhlükəyə səbəb olur.

Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, yaranmış problemin həlli ilə bağlı aidiyyatı qurumların iştirakı ilə yaxın günlərdə həll olunacaq. Bu işlərin nəticələrinə əsasən, gələcəkdə bu kimi halların baş verməməsi üçün müvafiq qabablayıcı tədbirlər görüləcəkdir:

"Əraziyə ilkin baxış keçirilib. Avtomobillərin hərəkəti üçün hər hansı təhlükə yoxdur".

Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmələr baş vermişdi./Milli.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru