Azərbaycan xaricdən darçın alır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Dünən, 10:24           
Azərbaycan xaricdən darçın alır - ÖLKƏLƏR, QİYMƏTLƏR
Azərbaycanın xarici ölkələrdən idxal etdiyi məhsullardan biri də doğranmamış və döyülməmiş darçındır.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında ölkəyə ümumilikdə 5 ton darçın idxal olunub. Bu idxal üçün 25,66 min ABŞ dolları və ya təxminən 43,62 min manat vəsait sərf edilib.
Məhsul əsasən İndoneziya və Vyetnamdan gətirilib.

İndoneziyadan idxal olunan 3 ton darçın üçün 16,46 min dollar (təxminən 27,98 min manat) ödənilib. Beləliklə, bu partiyanın 1 kiloqramı 5,49 dollara, yəni təxminən 9,33 manata başa gəlib.

Vyetnamdan gətirilən 2 ton darçın üçün isə 9,2 min dollar (təxminən 15,64 min manat) xərclənib. Buradan idxal edilən darçının 1 kiloqramı 4,60 dollar və ya təxminən 7,82 manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru