Daha bir ölkə Fələstini tanıyacaq

Dünən, 09:58           
Daha bir ölkə Fələstini tanıyacaq
Avropada Fələstin məsələsi ilə bağlı diplomatik hərəkətlilik sürətlənir.

TEREF xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer İsrail tərəfindən konkret və konstruktiv addımlar atılmadığı təqdirdə sentyabr ayında Böyük Britaniyanın Fələstin Dövlətini rəsmən tanıyacağını bəyan edib.

“İsrail öz öhdəliklərinə əməl etmədiyi halda, biz bu tanınmanı sentyabrda həyata keçirəcəyik”, – deyə Starmer bildirib.

Bu bəyanat Britaniya parlamentində Fələstinin tanınmasına dair artan təzyiqlərin fonunda səslənib. Parlament üzvləri Baş naziri passiv mövqedə qalmaqda ittiham edərək onun daha açıq mövqe sərgiləməsini tələb ediblər.

Digər tərəfdən Fransa Prezidenti Emmanuel Makron da Fələstin Dövlətinin tanınmasına dair qərarını açıqlayıb. O, bu barədə rəsmi bəyanatın sentyabr ayında BMT Baş Assambleyasında veriləcəyini bildirib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru