Bu gün dünya mediasında baş xəbər: 2016-cı ildə Israilin Mossad kəşfiyyatının direktoru...

29-05-2024, 12:04           
Bu gün dünya mediasında baş xəbər: 2016-cı ildə Israilin Mossad kəşfiyyatının direktoru...
Bu gün dünya mediasında baş xəbər: 2016-cı ildə Israilin Mossad kəşfiyyatının direktoru təyin olunan Yossi Cohenin Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş qambiyalı hüquqşünas, xanım Fatu Bensoudəni (Fatou Bensouda) onun özü və ailə üzvləri ilə şəxsən təhdid edib.
Məqalənin əsli şərh bölümündə.
https://www.theguardian.com/world/article/2024/may/28/israeli-spy-chief-icc-prosecutor-war-crimes-inquiry?fbclid=IwZXh0bgNhZW0CMTAAAR3OCqmFHoRvtB4aY9_U9eFOeYUWw50IgcobPsUcHNBPK_jwy1s3E89qQG8_aem_AYs73lQ2x9XwHgiB7pY4vlOiY86YOIC2ncUzG1QecOZmMtXlRmB2CvXkGAyvkQzzCzQ5q9zmmBUcPG4fNJhG96n7
Təhdidə səbəb prokuror xanımın İsrailin fələstinlilərə qarşı törətdiyi hərbi cinayətlər haqda təhqiqata başlamaq cəhdi olub. Xatırladım ki, həmin dövrdə də İsrailin baş naziri Benyamin Netanyahu idi, onun yaxın tərəfdaşı Yossi Cohen isə əvvəl baş nazirin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.

Istisna etmirəm ki, araşdırmanın indi üzə çıxması siyasi səbəblərlə və Benyamin Netanyahuya qarşı irəli sürülən yeni ittihamlarla bağlı ola bilər və əslində toxunmaq istədiyim də başqa mövzudur: Azərbaycanda baş vermiş oxşar hadisə.
2010-cu illərin ortalarında Türkiyə-Israil münasibətləri ciddi böhran yaşayırdı və həmin vaxt da Azərbaycan mediasında Türkiyənin mövqeyini müdafiə edən azərbaycanlı siyasi ekspert İsrail səfirliyinə dəvət olunaraq təhdid edilmişdi.
Təəssüflə deməliyəm ki, həmkarım məsələni ictimailəşdirmək əvəzinə sonrakı fəaliyyətində İsrailə loyal münasibət sərgiləməyə başladı.
Halbuki, buna tamamilə əks addım atmaq, məsələni ictimailəşdirərək Azərbaycan dövlətindən Öz vətəndaşını Öz ölkəsində xarici casuslardan qorumağı tələb etmək lazım idi.
Onu da anlayıram ki, Azərbaycan dövləti bunu etməyəcəkdi, amma ən azı ölkə ictimaiyyəti hadisəyə adekvat reaksiya verməklə növbəti oxşar halların qarşısını ala bilərdi.
Söhbət bir tək İsrailin və ya başqa dövlətin diplomatlarından və ya casuslarından getmir, ümumiyyətlə istənilən xarici dövlətin diplomatik çətir altında fəaliyyət göstərən casusunun Azərbaycan vətəndaşını onun Öz ölkəsində təhdid etməsi təkcə vətəndaşa deyil, ilk növbədə Azərbaycan dövlətinə, onun xüsusi xidmət orqanlarına və siyasi rəhbərliyinə ağır təhdid və təhqirdir.
Ərəstun Oruclu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.