Rusiya ilə iş görən banklara qarşı sanksiyaların Azərbaycan banklarına təsiri olacaqmı? – AÇIQLAMA

30-05-2024, 12:44           
Rusiya ilə iş görən banklara qarşı sanksiyaların Azərbaycan banklarına təsiri olacaqmı? – AÇIQLAMA
ABŞ-ın maliyyə naziri Canet Yellən son açıqlamasında Rusiyaya qarşı yeni sanksiyaların tədbiq olunacağını qeyd edib.

Belə ki, Yellenin sözlərinə görə, əvvəl Rusiyada fəaliyyət göstərən banklara sanksiyalar tədbiq edilirdisə, artıq Rusiya ilə iş görən banklar da sanksiyaların hədəfinə çevriləcək.

Bu halda Azərbaycanda fəaliyyət göstərən banklar sözügedən sanksiyalara məruz qala bilərlərmi?

İndex.az məsələ ilə bağlı iqtisadi ekspert Vüqar Oruc ilə əlaqə saxladı.

İndex.az-a danışan Vüqar Oruc bildirdi ki, Hal-hazırda Azərbaycan ilə Rusiya bankları arasında qarşılıqlı köçürmələr yoxdur:

“Rusiyaya qarşı tədbiq edilən beynəlxalq qadağalara Azərbaycan da əməl edir. Əgər hansısa bank müstəqil şəkildə bu qaydaları pozarsa, həmin bank tədbiq olunan sanksiyalara məruz qala bilər. Buna görə də, Rusiyaya qarşı beynəlxalq səviyyədə qəbul edilmiş qərarlara Azərbaycan bankları ciddi şəkildə əməl etməlidir. Rusiya Ukraynadan geri çəkilərsə və beynəlxaq səviyyədə tədbiq edilmiş sanksiyalar aradan qalxarsa, Azərbaycan bankları yenidən Rusiya ilə iş görə bilər”,

Ekspert “VTB Bank” haqqında da öz fikirlərini bildirib:

“”VTB Bank” Azərbaycanın bank sisteminin bir hissəsi olduğundan qoyulan qaydalar bu banka da aiddir. Məndə olan məlumata görə, “VTB Bank” bu qaydalardan kənara çıxmadan fəaliyyətini davam etdirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.