“Söyüşcül mühacirlər” bu müğənniləri də şantaj edib - SİYAHI
30-05-2024, 17:41
Gununsesi.info-nun 13 may 2024-cü il tarixində yayımladığı “Avropada bəzi mühacirlər barəsində cinayət təqibi başlanılıb” başlıqlı xəbər təsdiqini tapıb.
Artıq həmin şəxslərdən bəziləri Almaniyanın, Fransanın və İsveçrənin prokurorluq orqanları tərəfindən dindirildiklərini etiraf ediblər.
Qeyd edək ki, həmin xəbərdə Avropanın müxtəlif ölkələrində yaşayan “söyüşcül mühacirlər”in Azərbaycanda ayrı-ayrı vəzifəli şəxsləri təhqir, şantaj edərək pul almasından bəhs olunub.
Belə ki, youtube üzərindən ayrı-ayrı şəxsləri təhqir və şantaj edən bu şəxslər onlara qarşı kampaniyanı dayandırmaq üçün hədəf seçdikləri adamlardan aldıqları pullardır.
Onların özlərinə, yaxınlarına və təqdim etdikləri bank hesablarına köçürülən bu vəsaitlər isə xüsusi nəzarət altında həyata keçirilib.
Belə ki, zərərçəkənlər həmin vəsaitləri bu şəxslərə ötürməzdən öncə həmin ölkələrin hüquq-mühafizə orqanlarını bilgiləndirib.
Avropaya daxil olan bu vəsaitlərin isə mənbəyi göstərilməyib.
Əldə etdiyimiz məlumatda həmin şəxslərdən bir neçəsinin artıq yerli prokurluqda dindirildiyi bildirilib.
Artıq həmin şəxslər sosial şəbəkə hesablarında prokurorluğa çağırıldıqlarını etiraf ediblər.
Gununsesi.info-nun əldə etdiyi daha bir məlumatda isə “söyüşcül mühacirlər”in qurbanları arasında həm də Azərbaycanın tanınmış şou-biznes nümayəndələrinin olduğu üzə çıxıb.
Əldə etdiyimiz məlumata görə, onların hədəfinə tuş gələnlər arasında Manaf Ağayev, Şəbnəm Tovuzlu, Vəfa Şərifova və bir neçə müğənni bu prosesdə iştirak edib.
Bildirilir ki, həmin müğənnilər də vəkilləri vasitəsilə öz şikayətlərini həmin ölkələrin prokurorluq orqanlarına təqdim edib.
Məlumata görə araşdırmaların sonunda bu şəxslərə “çirkli pul” və ittihamı verilməsi nəzərdə tutulur.