XIRDALAN HEYDƏR PARKI, YOXSA KÜÇƏ TİCARƏTİ?! VİDEO
31-05-2024, 15:38
Ölkəmizdə Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin adını daşıyan parklar möhtəşəmliyi ilə göz oxşayır. Ərazisi üzrə ən böyük parklar sırasında olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı da var. Parkın ərazisində əzəmətli Heydər Əliyev mərkəzi, şahmat və musiqi məktəbi, Tarix-Diyarşünaslıq muzeyi və Gənclər evi kimi əhəmiyyətli binalar, idman etmək üçün meydançalar, əyləncə üçün atraksionlar olsa da, geniş ərazisi olan bu pakı gəzmək, velosiped sürmək üçün ayrılan səkilərdə pərakəndə satış etmək üçün sıralanan konteynerlər, dəmir piştaxtalar və s. parkın həm gözəlliyini pozur, həm də bununla yanaşı insanların istirahət parkında kiçik pikniklər təşkil edərək dincəlməklərinə maneələr yaradır. Parkın ərazisini zəbt edən bu küçə ticarəti parkda xoşagəlməz görüntü yaratmaqla yanaşı, ərazini öz tullantıları ilə çirkləndirir. Parkı 4 bir yandan əhatə edən kafelər piyada səkilərini zəbt edir, bu azmış kimi yaşıllıq ərazilərinə girib kiçik piştaxlar üçün yer ayırırlar. Bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur.
Adiyyatı qurumlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edirik və veriləcək açıqlamanı dərc etməyə hazırıq.
Bizdə “SəhərMedia” xəbər portalı olaraq, öz növbəmizdə sözügedən ərazidən görüntüləri təqdim edirik.