Qocalar parlamentdən getməlidir - Şeyx Əbdül seçkilərdən danışdı

10-07-2024, 17:14           
Qocalar parlamentdən getməlidir -
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə formalaşacaq yeddinci çağırış Milli Məclisdə bir sıra tanınmış deputatların yer almayacağı bildirilir. Xüsusən də yaşlı deputatların bu dəfə parlamentə düşə bilməyəcəyi deyilir.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov parlament seçkilərində gənclərə yer verilməsinin vacib olduğunu bildirib.
O, yaşlı nəslin nümayəndəsi kimi bu mövzuda müsbət düşündüyünü deyib:
“Bu gün Azərbaycan dövləti təmiz, fərqli, yüksək mənada əlaqələr qurur. Sözsüz ki, bizə cavan, enerjili, sağlam düşüncəli, təfəkkürlü və bir neçə dildə sərbəst danışa bilən gənclər lazımdır. Bizim ölkə başçısı İlham Əliyev özü də bir neçə dildə sərbəst danışır. Yəni dövlət xadimi özü öz müstəqil siyasətini aparanda daha uğurlu olur, nəinki hardasa əlavə yançılar, vasitəçilər olanda”.
Səksən yaşında olduğunu deyən Şeyx Əbdül bildirib ki, vaxtilə çalışqan bir insan olub:
“Artıq hiss edirəm ki, yaş çox ciddi sürətdə öz təsirini göstərir. Ona görə də yaşlı adamlar bugünki dünya siyasətinin tempinə uyğunlaşa bilmirlər. Buı adamların sekiyə qatılması əngəldən başqa bir şey deyil. Onlar arabanın beşinci təkəri kimidirlər. Yaşlı insanlar da bunu düşünməli, dəyəndirməlidirlər. Onların xidmətləri dəyərləndirilməli, hər birinə təşəkkür edilməli və yollar ayrılmalıdır”.
Bununla belə, Şeyx Əbdül parlamentə bir neçə yaşlı, təcrübəli adamların seçilməsuinun vacin olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.