Azərbaycanda səhv müalicə olunduğunu deyirdi, - Peşmandır+Video

Bu gün, 12:08           
Azərbaycanda səhv müalicə olunduğunu deyirdi, -
Bir neçə ay öncə Pərvanə Məhərrəmova adlı şəxs Azərbaycanda yalnış müayinə və müalicə olunduğunu açıqlamışdı.
TEREF “Qafqazinfo”ya istinadla xəbər verir ki, ona xərçəng diaqnozu qoyulandan sonra buradakı nəticələrə inanmır və Gürcüstana qayıdaraq orada müalicəyə başlayır.
Hazırda isə Pərvanə Gürcüstanda çox acınacaqlı duruma düşdüyünü bildirir:
“6 aydır müalicə olunuram. Bura gələndən sonra bu vəziyyətə düşdüm. Mənə dedilər ki, sənə Bakıda nə ediblərsə, zəhərləyiblər. Amma mənə orda heç nə etmədilər. Mən ordan gələndə çox yaxşı idim. Azərbaycanda xəstəliyim olduğunu demişdilər. Burada isə heç bir şey olmadığını bildirdilər. Başqa bir xəstəxanaya gedəndə, analizlər verəndə xəstəliyimin olduğunu dedilər. Bu xəstəlik var idisə, açıqlayardılar. Artıq ölmək istəyirəm. Bakının xəstəxanaları yaxşıdır. Burda həkim yoxdur. Bura gələndən sonra məni aldatdılar”.
Məlumat üçün qeyd edək ki, xəstənin ilkin müayinəsindən sonra çıxarılan tibbi nəticələr əsasında Milli Onkologiya Mərkəzinin həkimi Anar Məmmədov onu qəbul edib. Ona ağır xərçəng xəstəsi olması diaqnozunu qoyub və “kimyaterapiya” proseslərinə başlayıb.
Daha ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru