Yunanıstanda dalğıclar batmış "Britannik" gəmisindən qiymətli əşyalar çıxardılar VİDEO

Bu gün, 12:18           
Yunanıstanda dalğıclar batmış "Britannik" gəmisindən qiymətli əşyalar çıxardılar  VİDEO
Yunanıstanda dalğıclar 1916-cı ildə batan və "Titanik"in "əkizi" adlandırılan "Britannik" (HMHS Britannic) gəmisindən zınqırov, siqnal lampası, keramik plitələr və durbin də daxil olmaqla müxtəlif əşyalar çıxarıblar.

Bu barədə məlumatı Yunanıstan Mədəniyyət Nazirliyi "Facebook" sosial şəbəkəsindəki rəsmi hesabında yayıb.

"Tapılan əşyalar arasında gəminin müşahidə zınqırovu, siqnal lampası, birinci və ikinci dərəcəli portativ avadanlıqlardan müxtəlif əşyalar, hamam üçün keramik plitələr və bir cüt durbin xüsusi maraq doğurur", - məlumatda bildirilib.

Xatırladaq ki, "Britannik" gəmisi 16 noyabr 1916-cı ildə Birinci Dünya Müharibəsi zamanı hospital gəmisinə çevrilmişdi. Kea adası yaxınlığında alman minasına düşərək partladıqdan sonra gəmi bir saatdan az müddətdə batıb. Göyərtədə olan 1 065 nəfərdən 30-u həlak olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru