Beynəlxalq Dəniz Təşkilatı (IMO) Azərbaycanı niyə “qara” siyahıya salıb?-Dövlət Dəniz və Liman Agentliyinin mövqeyi maraqlı olar…
11-07-2024, 00:11
Böyük Britaniyanın paytaxtı Londonda mənzil qərargahı olan və mülki gəmiçilik məsələlərini tənzimləyən əsas beynəlxalq təşkilat sayılan Beynəlxalq Dəniz Təşkilatın (IMO) Azərbaycanı “qara” siyahıya salıb. Azinforum.az xəbər verir ki, bu barədə müvafiq bildiriş cari ilin may ayının sonunda dərc edilib.
Təşkilatın rəsmi saytındakı məlumatdan görünür ki, ölkələr sihahı üzrə 3 qrup üzrə təsnifatlandırılır: “ağ ”, “boz” və “qara” siyahıda olanlar. Təəssüflə qeyd etməliyik ki, IMO-nun qərarı ilə Azərbaycan – Palau, Beliz, Tanzaniya və Toqo kimi 12 ölkə ilə birlikdə təşkilatın “qara” siyahısına salınıb.
Azərbaycan öz donanması ilə daima fəxr edib. Bir ölkə olaraq gəmilərimizin yerli limanlara yan alması ilə bağlı təbii coğrafi məhdudiyyətlərimiz olsa da, dənizçilərimiz bütün dünyada məşhurdur və bayrağımız bir çox beynəlxalq gəmiçilik marşrutlarında olan gəmilərdə dalğalanır.
Maraqlıdır ki, beynəlxalq qadağanı tətbiq edən qurumla münasibətlərə və oradakı bayrağımızın statusuna cavabdeh olan Dövlət Dəniz və Liman Agentliyi, bu xoşagəlməz hadisənin səbəbləri və nəticələrini, eləcə də , bu vəziyyətdən necə çıxacağımızın yolları barədə ictimaiyyətə heç bir məlumat və izahat verməyib. Təəssüf ki, Dövlət Dəniz və Liman Agentliyindən bu mövzu ilə bağlı münasibət öyrənə bilmədik. Ölkəmizin “qara” siyahıya salındığı ilə bağlı məlumatın əks olunduğu linki təqdim edirik: https://parismou.org/Statistics%26Current-Lists/white-grey-and-black-list