Azərbaycanın daxili resursları, strateji valyuta ehtiyyatları xarici ölkələrdə günü gündən genişlənən dollar, evro, funt inflyasiyasının qurbanına çevrilir.

11-07-2024, 16:52           
Azərbaycanın daxili resursları, strateji valyuta ehtiyyatları xarici ölkələrdə günü gündən genişlənən dollar, evro, funt inflyasiyasının qurbanına çevrilir.
Əsas kapitala qoyuluş
Bu iqtisadiyyatın inkişaf mənbəyidir. İstehsal, zavod, fabrik, işçi yerləri bu vəsait hesabına yaradılır. Dünən adambaşına düşən ümumi daxili məhsulun həcminin müqayisəsini təhlil etmişdim, Azərbaycanın bu göstərici üzrə Cənubi Qafqaz respublikaları üzrə sonuncu yerdə olmasını göstərmişdik.
Həmişə bizim mütəxəssislər, xüsusilə məmurlar Ermənistanı yoxsul ölkə kimi qiymətləndirirlər. Belə çıxır ki, biz daha yoxsul durumdayaıq. Bunun əsas səbəbi isə əsas kapitala qoyuluşun həcmi ilə əlaqədardır. Azərbaycan bu gösərici üzrə yalnız Cənubi Qafqazda deyil, əksəriyyət ölkələrdən geri qalır, orta dünya gösəricisindən isə bir neçə dəfə geri qalır. Acınacaqlısı isə odur ki, belə vəziyyət resurs çatışmazlığı ilə deyil, təmiz məmur zəkası ilə əlaqədardır. Resursların nisbi həcm gösəriciləri üzrə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.
Əsas kapitala qoyuluşun həcmi (adambaşına - dollar)
Gürcüstan 2125
Ermənistan 1895
Azerbaijan 1272*
Çin XR 5412
Turkiye 3797
Dünya orta 3457
Azərbaycanın daxili resursları, strateji valyuta ehtiyyatları yalnız Azərbaycan deyil, bütün Türk respublikalarını yüksək səviyyədə əsas kapitala vəsaitlə təmin edə bilərdi. İndi isə bu resurslar əsasən xarici ölkələrdə günü gündən genişlənən dollar, evro, funt inflyasiyasının qurbanına çevrilir.
* Bura Qarabağa qoyulan bərpa kapitalı da daxildir.
Салеh Мамедов, professor
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.