“Xəzər TV”də əcaib İDARƏETMƏ ÜSULU - İDDİA

13-07-2024, 18:27           
“Xəzər TV”də əcaib İDARƏETMƏ ÜSULU - İDDİA
Xalq artisti, şoumen, “Xəzər TV”nin rəhbəri Murad Dadaşov qardaşı Fərid Dadaşova telekanalda yeni yüksək vəzifə verib.

32gun.Az-a daxil olan məlumata görə, şoumenin qardaşının tam və rəsmi olaraq hansı vəzifə daşıdığı bəlli deyil. Lakin saytımıza verilən məlumatda iddia edilir ki, Murad Dadaşovla görüşə gələnlər ilk öncə Fərid Dadaşovun qəbulundan keçməli olur...

Məlumatda iddia olunur ki, o artıq vəzifəsini uzun müddətdir icra edir.

Bundan əlavə telekanalda M.Dadaşovun başqa qohumlarının da işlə təmin olunduğu iddia edilir.

Qeyd edək ki, Fərid Dadaşov da qardaşı kimi məşhurdur. Belə ki o, radioların birində aparıcı kimi fəaliyyət göstərib, illər öncə replə məşğul olub, "MC Daddy" ləqəbiylə tanınıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru