Gürcüstan mediası İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş İŞIQLANDIRDI

21-07-2024, 13:08           
Gürcüstan mediası İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş İŞIQLANDIRDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub.

"Unikal" xəbər verir ki, “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlərə geniş yer veriblər.

Yayılan xəbərlərdə dövlətimizin başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru