Qarabağ Xronikası: Britaniya Zirvəsində gərginliyin yeni mərhələsi
24-07-2024, 12:25
Artıq bir neçə gündür ki, dünya mətbuatı Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Britaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsindən danışır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev N.Paşinyanın imtinasını sülh gündəliyindən geri addım kimi qiymətləndirib.
Avropa müstəvisində sülh danışıqlarına üstünlük verən Ermənistanın bu addımı suallar doğursa da, izahı da var.
Hərbi müxbir Fərdin İsazadə "Qarabağ xronikası" verilişinin 143-cü buraxılışında bu mövzunu şərh edib.